Havalandırma, İsitmə və Soyutma Sistemləri
Rahat mühit – düzgün mühəndislikdən başlayır!
Sənaye və kommersiya obyektləri üçün müasir havalandırma, isitmə və soyutma sistemlərinin layihələndirilməsi, quraşdırılması və texniki servisi üzrə kompleks həllər təqdim edirik. Məqsədimiz – obyektlərinizdə komfort, təhlükəsizlik və enerji səmərəliliyini təmin etməkdir.
Xidmət istiqamətlərimiz:
• HVAC sistemlərinin layihələndirilməsi və tətbiqi
• Nasosxanaların texniki hesablamalara əsasən yığımı və quraşdırılması
• Enerji səmərəli və ekoloji standartlara uyğun texnoloji həllər
Nə üçün bizi seçməlisiniz?
• Obyektin xüsusiyyətlərinə uyğun fərdi yanaşma
• Keyfiyyətli avadanlıq və zəmanətli montaj
• Texniki normativlərə və beynəlxalq standartlara uyğunluq
• Təmirdən tutmuş tam sistem quraşdırmasına qədər açar təslim xidmət
Komfortlu və effektiv mühəndis həllər üçün – doğru ünvan sizə bir addım daha yaxındadır!